“Toyota” şirkəti yeni avtomobilini təqdim edib.
Lent.az-ın məlumatına görə, sərgilənən “bZ” adlı elektrikli krossever konsepti süni zəka alqoritminə sahibdir. O bu zəka vasitəsilə maşındakı istənilən sərnişinin əmrlərinə reaksiya verə bilir.
Yeni elektromobil punktual dizayna da malikdir. Lakin maşının qabaq hissəsi bir qədər çox ön tərəfə uzanıqlı vəziyyətdədir. Qabaq qapıların tutacaqları içəridə yerləşir. Avtomobilin oturacaqları xüsusi materialdan hazırlanıb. Maşında diqqət çəkən hissələrdən biri isə sükandır. Fərqli formada olan idarəetmə sükanı bir qədər ovala bənzəyir.
Qeyd edək ki, şirkət bu konseptə 30 ədəd yeni avtomobil istehsal etməyi planlaşdırıb. Amma dəqiq nə vaxt olacağı və satışı barəsində hələlik məlumat verilməyib.
Avtomobilin görüntülərini təqdim edirik: