“Toyota” onlarla elektrik avtomobili təqdim edəcək
17 dekabr 2021 19:57 (UTC +04:00)

“Toyota” onlarla elektrik avtomobili təqdim edəcək

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” 2030-cu ilə qədər onlarla elektrikli avtomobil modelini təqdim etməyə hazırlaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə konsernin prezidenti Akio Toeda məlumat verib.

Söhbət 30 modeldən gedir.

“Elektrikli avtomobil satışlarımızın 2030-cu ilə qədər 3,5 milyona çatacağını gözləyirik”, - Toeda şirkətin 2035-ci ilə qədər bizneslərinin karbon neytrallığına nail olmaq niyyətində olduğunu söyləyib.

O, eyni zamanda bildirib ki, qlobal planlarını yerinə yetirmək üçün “Toyota” akkumulyator texnologiyasına sərmayəsini 4,4 milyard dollara çatdıracaq.
 

# 3318
avatar

Oxşar yazılar