Yaponiyanın “Toyota” şirkəti 2023-cü ildə 10,2 milyon avtomobil istehsal etməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadla bildirir ki, istehsal planına əsasən, 3,4 milyon avtomobil Yaponiyada, daha 6,8 milyon ədəd isə ölkədən kənarda olan zavodlarda istehsal olunacaq. Beləliklə, bu rəqəmlər ötən illə müqayisədə müvafiq olaraq 30% və 10% artacaq.
Qeyd edilir ki, planın uğurla həyata keçirildiyi təqdirdə, “Toyota” tarixində ilk dəfə olaraq ildə 10 milyondan çox avtomobil satışa çıxaracaq.