“TikTok” dan pul  qazanmağın yolları
06 dekabr 2021 16:45 (UTC +04:00)

“TikTok”dan pul qazanmağın yolları

Son vaxtlar dünyada ən çox istifadə olunan və sevilən sosial şəbəkələrdən biri “TikTok”dur. Bu platforma musiqili qısa videolar, canlı yayımlar yaratmağa və mesajlar göndərməyə imkan verir. Bəs, “TikTok”dan necə pul qazanılır ?  

Lent.az “TikTok”dan pul qazanmağın yollarını təqdim edir: 

“Tiktok”dan gəlir əldə etməyin bir neçə yolu var. Bunlardan biri də canlı yayımlardır. Canlı yayımlar ianə sistemi ilə işləyir.

“TikTok” istifadəçiləri profilə daxil olduqda “pul kisəsi” bölməsinə daxil olub, “coin” adlı virtual valyutaları alırlar. 100 “coin” 1.29 dollar (təxmini 2 manat) dəyərindədir.

Ortaya belə bir sual çıxır. Bu “coin”ləri nə edirik? 

Belə ki, platformada izlədiyiniz, bəyəndiyiniz insanlar canlı yayımda sizə təqdim etdikləri keyfiyyətli məzmuna təşəkkür olaraq bu hədiyyələri göndərə bilərsiniz. İzlədiyiniz insanlar həmin “coin”ləri əvvəlcə “almaz”lara, daha sonra isə nəğd pula çevirə bilirlər. 

“TikTok”dan gəlir əldə etməyin başqa bir yolu da var. Çoxlu istifadəçi yığmaqla səhifəni istədiyiniz qiymətə sata bilərsiniz.  Bu yol artıq “Instagram” sosial şəbəkəsində uzun müddətdir ki, istifadə olunur. 

Bundan başqa “TikTok” reklamları ilə də pul qazanmaq mümkündür. Hazırda “Google”da “TikTok ADS” (TikTok reklamları) üçün axtarış edə və tətbiqin reklam platformasına daxil olmaq üçün qeydiyyatdan keçə bilərsiniz.

 

# 11625
avatar

Sevinc Fərid

Oxşar yazılar