Tesla uşaqları da nəzərə aldı: 4 təkərli motosikl  - VİDEO
04 dekabr 2021 18:05 (UTC +04:00)

Tesla uşaqları da nəzərə aldı: 4 təkərli motosikl - VİDEO

Tesla şirkəti bu dəfə “Cyberquad for Kids” ad 4 təkərli motosiklin uşaqlar üçün nəzərdə tutulan versiyasını təqdim edib.

Lent.az xəbər verir ki, motosikl saatda 16 km sürət yığa və bir dəfə şarj olunandan sonra 24 km yol qət edə bilir.

Nəqliyyat növünün çəkisi 55 kq-dır. “Cyberquad for Kids” 68 kq-a qədər faydalı yük daşıya bilir. O, 8 və daha yuxarı yaşdan başlayan uşaqlar üçün nəzərdə tutulub.

Nəqliyyat növü məişət üçün nəzərdə tutulmuş elektrik şəbəkəsi vasitəsilə şarj oluna bilər və 5 saata 100 faiz enerji yığır.

Qeyd edək ki, “Cyberquad for Kids” alıcılara hissələr şəklində təqdim olunur. Buna görə də real alıcı onu fərdi şəkildə yığmalı olacaq. Motosiklin çərçivəsi poladdan hazırlanıb. Tesla-nın rəsmi saytında Qiyməti 1900 ABŞ dollarıdır, hər kəs sifariş edə bilər.

2-4 həftə ərzində alıcıya göndərilir.

Xatırladaq ki, şirkət 2019-cu ildə “Cybertruck” pikapı ilə birlikdə böyüklər üçün “Cyberquad” adlı 4 təkərli motosikli təqdim etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Oxşar yazılar