“Tesla” ən təhlükəli avtomobil  adlandırıldı
25 noyabr 2024 16:02 (UTC +04:00)

“Tesla” ən təhlükəli avtomobil adlandırıldı

ABŞ-da tərtib edilən ölümlə nəticələnən qəzaların yüksək olduğu avtomobil markaları siyahısına “Tesla” başçılıq edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatına görə, 2018-2022-ci illər arasında İlon Maskın elektrik avtomobillərinin qəzaya düşmə ehtimalı digər markalara nisbətən iki dəfə çox olub. Belə bir qəzanın baş vermə ehtimalı 1 milyard kilometrə 2,8-dir.

İkinci yeri Koreyanın “Kia” brendi tutub, onun balı 5,5 olub. Üçüncü yerdə isə 4,8 ehtimalla “Buick” qərarlaşıb.

Araşdırma üçün Fatality Analysis Reporting System (FARS) məlumatı təhlil edilib. Ən azı bir sərnişinin həlak olduğu ölümlə nəticələnən qəzalarda iştirak edən 2018-ci ildən 2022-ci ilə qədər olan avtomobil modelləri nəzərdən keçirilib.

Son 20 ildə avtomobil təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşsa da, Yol Təhlükəsizliyi Sığorta İnstitutu qeyd edir ki, ABŞ-da yollarda baş verən qəzaların və ölümlərin sayı son 5 ildə artaraq əvvəlki 12 ili keçib.

Bundan əvvəl Kanadada dörd hindistanlı dost “Tesla” avtomobilində diri-diri yanıb. Ölümlə nəticələnən qəza oktyabrın 24-də baş verib. Elektriklə işləyən avtomobil hasarla toqquşduqdan sonra alovlanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Oxşar yazılar