“Telegram” sosial şəbəkəsi növbəti yeni funksiyasını təqdim edib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeniləmə əsasən açıq qrupların və şəxsi çatların məxfiliyinin daha da yaxşılaşdırılmasını əhatə edir.
Qruplarda və kanallarda olan kontentlərin qorunması üçün bu yeniliklə yanaşı, həmçinin “İOS” və “Android” istifadəçiləri üçün xüsusi funksiyalar da istifadəyə verilib.
Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, kanal və qrup sahibləri paylaşdıqları foto, videoları abunəçilər tərəfindən “screenshot” etmələrini, yaddaşda saxlamalarını qadağan edə bilər.
Bununla yanaşı, şəxsi ismarıcların tarixçələrinin silinməsi üzrə funksiya daha da təkmilləşdirilib.
Bu prosesləri həyata keçirmək üçün tətbiqin parametrlər bölməsində xüsusi idarə düyməsi əlavə olunub.