“Telegram”da ödənişli şərtlər: VAXT AÇIQLANDI 
09 noyabr 2021 19:31 (UTC +04:00)

“Telegram”da ödənişli şərtlər: VAXT AÇIQLANDI 

“Telegram”ın yaradıcısı Pavel Durov öz bloqunda messencerlə bağlı dəyişikliklər barəsində məlumat verib. 

Lent.az xəbər verir ki, məlumatlar arasında, həmçinin, messencerdəki reklam elanlarının deaktiv edilməsi üçün istifadəçilərə və kanalların sahiblərinə müvafiq imkanların təqdim olunacağı da qeyd edilib. 

P.Durovun sözlərinə görə, artıq bu ay “Telegram”da xüsusi ödənişli abunəlik sistemi işə düşə bilər. Onun sayəsində istifadəçilər həm messencerə dəstək ola, həm də bütün kanallarda reklam elanlarının göstərilməsi özəlliyindən azad ola bilərlər. 

Ödənişli abunəliyin hansı qiymətə başa gələcəyi və ona qoşulma şərtləri barəsində məlumatlar daha sonra veriləcək.

Məlumatda qeyd edilib ki, eyni imkan, həmçinin, kanalların sahiblərinə də təqdim ediləcək. Lakin kanalların sahibləri üçün bu imkan daha fərqli şəkildə reallaşdırılacaq. 

“Bəzi müəlliflər də öz kanllarındakı istifadəçiləri üçün reklam elanlarının göstərilməsini deaktiv etmək istəyərdilər. Biz hazırda bu imkanın iqtisadi şərtlərini analiz edirik” - deyə Durov qeyd edib. 

O, əlavə edib ki, reklam elanları fərdi çatlarda və ya qruplarda əks olunmayacaq. Onlar yalnız böyük istifadəçi kütləsinə sahib kanallarda əks olunacaq. Belə ki, bu cür kanalların dəstəklənməsi “Telegram”ın əsas xərclərindən biridir./"technote"
 

# 3999
avatar

Oxşar yazılar