NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin əməkdaşları bu həftə sonu potensial təhlükəli asteroidin planetimizə yaxınlaşması barədə yer sakinlərinə xəbərdarlıq ediblər.
Lent.az xarici mediayaistinadla bildirir ki, söhbət 2016 JG12 obyektindən gedir. Ekspertlər, “bu həftə sonu üçün planlardan imtina etməyə dəyərmi və tədbir nə vəd edir” sualına aydınlıq gətirib.
Yaxınlaşma zamanı Yerlə 2016 JG12 arasındakı məsafə 5,5 milyon kilometrə qədər azalacaq və bu, şənbə günü, noyabrın 20-də baş verəcək. Lakin ekspertlərin fikrincə, panikaya səbəb yoxdur.
Asteroid saniyədə 7,48 kilometr sürətlə planetin yanından keçəcək. Kosmik səyahətçinin diametri 83 ilə 190 metr arasında dəyişir.
Üstəlik, tezliklə, 10 il ərzində 2016 JG12 obyekti geri qayıdacaq və yenidən Yerin yanından uçacaq.