2030-cu ildə Hepatit C xəsətəliyinə yeni yoluxma baş verməyəcək. Britaniyada başladılan yeni səhiyyə proqramı uğurla başa çatdırılarsa, bu fikri əminliklə səsləndirmək olacaq.
Böyük Britaniyanın Milli Səhiyyə Sistemi Hepatit C-ni aşkarlamaq üçün süni intellektdən istifadəyə başlayacaq.
Qeyd edək ki, bu xəstəlik səssiz qatildir və son mərhələyə qədər üzə çıxmır.
Hepatit C müalicə olunmazsa qaraciyərin sirrozu və xərçəng xəstəliyi ilə nəticələnə bilər.
Müasir müalicə üsulları bu virusu tamamilə öldürməyə imkan versə də, müalicə bahalı və uzunmüddətlidir.Buna görə britaniyalı mütəxəssislər payızdan etibarən Hepatit C-ni erkən mərhələdə aşkarlamaq istiqamətində hərəkətə keçəcəklər