Çinin Şanxay şəhərində olan akvariumların birində robot köpəkbalığı nümayiş olunub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu balığın uzunluğu 4.7 metr, çəkisi isə 350 kiloqramdır.
“Shenyang Aerospace Xinguang Group” tərəfindən hazırlanmış balina əsl köpəkbalığı kimi hərəkət edə və suda üzə bilir.
Qeyd edək ki, robotun suda hərəkət etməsi üçün bionik texnologiyadan istifadə edilir.