Robot bu oyunlarda insanı üstələdi
20 dekabr 2023 11:51 (UTC +04:00)

Robot bu oyunlarda insanı üstələdi

Sürix Texnologiya İnstitutunun (ETH Zurich) İsveçrə alimləri süni intellektə (AI) malik "CyberRunner" robotu yaradıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu robot “Labirint” oyununu istənilən insandan daha sürətli idarə edə bilir. 

"Labirint" oyun sahəsinin əyilmələrindən istifadə edərək kiçik bir metal topu labirintdən keçirməyiniz lazım olan bir oyundur. Tapşırıq yol boyunca çoxsaylı deşiklərlə çətinləşir.

Tərtibatçıların fikrincə, "CyberRunner" süni intellektin çeviklik və koordinasiya rəqabətində insanları üstələdiyi ilk hallardan biri olub. Bundan əvvəl, neyron şəbəkələri şahmat, poker və Go oyunlarında insanları uğurla məğlub edirdi, lakin real dünyada incə motor bacarıqları və məkan təfəkkürü ilə bağlı testlərdə yaxşı nəticə göstərmə ehtimalı az idi.

"CyberRunner" cəmi altı saat ərzində Labirint ustası olub və tapşırığı 14,48 saniyəyə qüsursuz şəkildə yerinə yetirib - istənilən insan oyunçudan daha sürətli idi. Öyrənmə prosesi zamanı robot qısa yoldan istifadə etməyi öyrənib, bu səbəbdən alimlər müdaxilə edərək neyron şəbəkəni ədalətli oynamağa məcbur ediblər. Lakin bu halda belə cihaz rekord nəticə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Fidan İlqar

Oxşar yazılar