Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70 Pro smartfonuna aid olduqları iddia edilən render fotolar ortaya çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ortaya çıxmış render fotolar Redmi K70 Pro-nun daha öncə ortaya çıxmış sxematik fotoları ilə üst-üstə düşürlər. Render fotolardan da görmək olar ki, Redmi K70 Pro-nun arxa panelindəki kamera sahəsi bir növ qatlana bilən Mix Fold 3-ün arxa kamera sahəsinə bənzəyir. Fotolardan birində görmək olar ki, arxa kamera sahəsindəki dairəvi hissələrdən biri dekorativ rol oynayır və o özündə LED işıqlandırmanı birləşdirir. Render fotolardan belə qənaətə gəlmək olar ki, Redmi K70 Pro smartfonu yastı ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.