Nissan Apple ilə işləməyəcək
17 fevral 2021 09:32 (UTC +04:00)

Nissan Apple ilə işləməyəcək

AppleCar ətrafında söhbətlər hələ də davam edir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, daha əvvəl Apple ilə müxtəlif şirkətlərin adı hallansa da, ən son da Nissan ilə iş birliyi olacağı gözlənilirdi.

Nissan CEO-su Ashwani Gupta verdiyi açıqlamada “Avtomobillərdən gələn öz müştəri məmnuniyyətimiz var. “Nissan”da dizayn, inkişaf və istehsal yolumuz bir avtomobil istehsalçısı olaraq qalacaq." sözlərin deyib. Açıqlamadan belə anlaşılır ki, danışıqların hazırda baş tutmayıb.

Partnyor şirkət axtarmaqda çətinliklər ilə üzləşən Apple yeni ortaq axtarışına davam edir.

# 1392
avatar

Oxşar yazılar