ABŞ Aerokosmik Agentliyi NASA gələn həftə Aya raket gömndərəcək.
Lent.az-ın xəbərinə görə, agentlik bildirib ki, meqaraketin startı Florididada dağıntı törədən Nikol qasırğasına görə təxirə salınıb.
Lakin mühəndislərin yoxlamaları zamanı raketdə ciddi zədələnmə aşkar edilməyib. SLS raketi noyabrın 16-da yerin yeganə təbii peykinə yola salınacaq. Missiya 25 gün davam edəcək.