“Microsoft Office” adını dəyişəcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət “Microsoft 365”in xeyrinə Office brendindən imtina edəcək.
"Yaxın aylarda Office.com, Office mobil proqramı və Windows üçün Office proqramı yeni loqo, görünüş və daha çox funksiya ilə Microsoft 365 kimi rebrendinq olunacaq", - elanda deyilir.
Excel, Outlook, Word və PowerPoint proqramlarının adları dəyişməyəcək. İlk dəyişikliklər noyabr ayına planlaşdırılıb, 2023-cü ilin yanvarında şirkət Windows, iOS və Android üçün Office proqramlarını rebrendinq edəcək.
Microsoft Office ilk dəfə 19 noyabr 1990-cı ildə buraxılmış Windows və digər platformalar üçün Microsoft Korporasiyasının ofis dəstidir. Buraya Word - mətn redaktoru, Excel - elektron cədvəl redaktoru, Outlook - e-poçt müştərisi, PowerPoint - təqdimat proqramı və digər proqramlar daxildir.