MARKIN YALANI ÜZƏ ÇIXDI:  “Whatsapp” mesajları kənar şirkətə ötürülürmüş... 
09 sentyabr 2021 16:18 (UTC +04:00)

MARKIN YALANI ÜZƏ ÇIXDI: “Whatsapp” mesajları kənar şirkətə ötürülürmüş... 

“Whatsapp”ın gündəlik iş fəaliyyətindəki özəlliklər aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə məlumat “ProPublica” adlı qeyri-kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində üzə çıxıb.

Məlum olub ki, sözügedən messencer daxilində olan bəzi mesajlar moderasiyadan keçmək üçün şifrələnməmiş şəkildə kənar şirkətə ötürülür. “Whatsapp”da istənilən istifadəçi bu və ya digər mesajda qəbuledilməz kontentin olduğunu və ya mesajın messencer qaydalarını pozduğunu düşünərsə, o, həmin mesaj barədə şikayətini bildirə bilər. 

O da bəlli olub ki, bu cür mesajlar öncə süni zəkaya ötürülür. Süni zəka isə öz növbəsində mövcud mesajın servis qaydalarını pozub-pozmadığını təyin edir. 

Daha sonra isə potensial təhlükəli mesajlar “Accenture” adlı şirkətin moderatorlarına göndərilir.
“Accenture” şirkətinin 1000-ə yaxın moderatoru bu cür mesajların yoxlanması ilə məşğul olur. 

1000-ə yaxın moderator şirkətin bütün dünya üzrə 3 ofisində yerləşir. Ofislərdən biri ABŞ-ın Ostin şəhərində, ikincisi İrlandiyanın Dublin şəhərində, üçüncüsü isə Sinqapurda yerləşir. 

Potensial təhlükə daşıyan mesajlar sözügedən şirkətə ötürülən zaman “Whatsapp” onların sahib olduqları “end-to-end” şifrələnməni aradan qaldırır. Bundan əlavə olaraq messencer metaməlumatları da silmir. Bu metaməlumatlara, həmçinin, mesajların sayı, onların göndərilmə vaxtları və messencer daxilində edilmiş zənglərin davamlılığı da var.
 
Təqdim edilmiş hesabata əsasən, “Accentura” şirkətinin moderatoru 1 dədiqə ərzində bu və ya digər mesaj daxilində dələduzluq, spam, uşaq pornoqrafiyası və ya terrorçuluq niyyətləri kimi faktorların olub-olmadığını təyin edir. 

Bununla yanaşı, 1 moderator öz iş qrafiki ərzində 600-ə yaxın mesajı yoxlamalıdır. Nəticədə hər bir moderator 1 iş saatına görə 16.5 dollar qazanır. 

Məlumatda qeyd edilib ki, istifadəçi bu və ya digər mesaj barəsində şikayət göndərən zaman o, məlumatların ötürülməsinə razı olur… 

Lakin “Whatsapp” tərtibatçıları və “Facebook” şirkətinin CEO-su Mark Zukerberq dəfələrlə bildirib ki, onlar messencer daxilində göndərilmiş mesajları oxuya bilmirlər.

# 5040
avatar

Oxşar yazılar