"Lada" daha bir modelin istehsalını dayandırdı
13 iyun 2024 16:18 (UTC +04:00)

"Lada" daha bir modelin istehsalını dayandırdı

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ şirkəti “Lada Vesta”nın ən zəngin versiyalarının – “Techno” və “Techno 24”ün istehsalını dayandırmaq qərarına gəlib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, zəngin təchiz olunmuş “Lada Vesta NG” (səkkiz dinamikli audio sistem, ikinci cərgədə USB birləşdiricilər, yan təhlükəsizlik yastıqları və s.) eksklüziv olaraq göstərilən versiyalarda mövcuddur.

AvtoVAZ-ın mətbuat xidməti bildirir ki, “Techno” və “Techno 24” versiyalarında olan “Lada Vesta” hazırda istehsal olunmur. Lakin onları hələ də dilerlərdə tapmaq olar. İstehsalın dayandırılmasının səbəbi “avadanlığın siyahısına yenidən baxılması”dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12243
avatar

Oxşar yazılar