Kosmik gəmi asteroidlə toqquşacaq
06 noyabr 2021 05:39 (UTC +04:00)

Kosmik gəmi asteroidlə toqquşacaq

ABŞ aerokosmik agentliyi NASA yeni layihə üzərində işləyir.

Lent.az-ın xəbərinə görə, layihənin məqsədi Yerə təhlükə törədəcək asteroidi yolundan döndərməkdir. Artıq konkret səma cismi də seçilib. Noyabrın 25-də gəmi start götürəcək.

Son ölçmələrdə məlum olub ki, Dimorfos asteroidi Didimosun ətrafında 11 saat 55 dəqiqəyə 1 dövrə vurur. Ehtimal olunur ki, gəmi ilə məqsədli toqquşma nəticəsində 10 dəqiqəlik fərq əldə edilə bilər. Bu həm də səma cisminin traektoriyasının dəyişməsi ilə nəticələnər. 
 

# 1905
avatar

Oxşar yazılar