Kamerası  hərəkət edən   telefon
09 dekabr 2022 17:20 (UTC +04:00)

Kamerası hərəkət edən telefon

“Pop-up” kameralı “Phantom X2 Pro” telefonu təqdim edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu flaqman smartfon hərəkət edə bilən kameraya sahibdir.

Bu kameraları cihazın əsas obyektivini 2,5x hibrid böyütmək üçün korpusdan uzatmaq olur.

Telefonda olan böyük sensor ölçüsü, geniş diyafram və yüksək piksel sıxlığı kameraya daha çox işıq toplamağa və fotoşəkillərdə daha kəskin “bokeh” təqdim etməyə imkan verir.

“Phantom X2 Pro” smartfonu, həmçinin 6,8 düymlük 120Hz OLED displey, Dimensity 9000 prosessoru və 256 QB daxili yaddaşa malikdir. Telefon 5160 milliamper/saat tutumlu batareya ilə təchiz olunub. 

# 3471
avatar

Sevinc Fərid

Oxşar yazılar