İstənilən “iPhone” funksiyası “Android”lərə   gələcək
26 sentyabr 2023 14:54 (UTC +04:00)

İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək

İstifadəçilərin uzun müddətdir istədikləri “iPhone” xüsusiyyəti "Android" əməliyyat sistemi ilə çalışan smartfonlara gələcək. 

Lent.az xəbər verir ki, "Android" smartfonlarının kamerası nəhayət veb-kamera kimi istifadə edilə biləcək. 

“Android 14” mobil əməliyyat sisteminin qarşıdan gələn versiyasında “iPhone”un ən populyar xüsusiyyətlərindən biri - kompüter və ya noutbukda veb-kamera əvəzinə cihazdan istifadə etmək imkanı tanıdılıb. Bu xüsusiyyət iOS 16-da istifadəçilərə təqdim edilmişdi.  

“Android 14” beta quruluş koduna əsasən, yeni funksiya kompüterinizdə əlavə proqram təminatı quraşdırmadan istənilən proqramda işləyir. İstifadəçidən tələb olunan tək şey smartfona xüsusi proqram yükləmək və onu USB vasitəsilə qoşmaqdır.

Həmçinin, funksiya USB Video Class (UVC) protokolundan istifadə etmək mümkün olacaq. Sadəcə olaraq, kamera əməliyyat sistemindən asılı olmayaraq işləyəcək. Məsələn, Chromebook, macOS və Windows sistemlərində...

Ancaq sadəcə burada bir məhdudiyyət var. Əgər “iPhone”da bu seçim USB kabelsiz işləyirsə (yalnız Mac-da), onda “Android”də telefonu “veb-kamera” kimi istifadə etmək üçün simsiz qoşulma seçimləri yoxdur. Lakin Google, demək olar ki, bu funksiyanı daha sonra tətbiq edəcək.

Xatırladaq ki, Android 14-ün tam buraxılışı oktyabr-noyabr aylarında gözlənilir. 


 

# 6720
avatar

Sevinc Fərid

Oxşar yazılar