İrəvanda tarixi Göy Məscidin adı “Google Maps”də dəyişdirilib.
Lent.az xəbər verir ki, “Google Maps” eksperti Elvin Hüseynovun öz təşəbbüsü əsasında apardığı işlər əsnasında Azərbaycanın qədim yaşayış məskəni olan İrəvan şəhərində də tarixi adların dəyişdirilməsi həyata keçirilib. Bu xüsusda, tarixi Göy Məscidin də erməni dilində olan adı da “Google Maps”dən silinib. Bundan sonra beynəlxalq xəritədə həmin tarixi abidənin adı Azərbaycan dilində Göy Məscid olaraq qeyd olunub.
Qeyd edək ki, həmin obyektin adı indiyə qədər “Google Maps”də erməni dilində “Kapuyt Mzgit” olaraq yazılmışdı. Onu da əlavə edək ki, ad dəyişimi təkcə həmin məscidlə yekunlaşmayıb. Digər kilsə və məscidlərin də adı öz tarixi adına bərpa edilib.