“iPhone” istifadəçiləri  “Wi-Fi”ın yavaşlığından  şikayətlənirlər
09 oktyabr 2023 19:03 (UTC +04:00)

“iPhone” istifadəçiləri “Wi-Fi”ın yavaşlığından şikayətlənirlər

“iPhone” sahibləri bu dəfə “Wi-Fi” vasitəsilə qoşulmuş aşağı internet sürətindən şikayət ediblər. 

Lent.az xəbər verir ki, “Apple” smartfon istifadəçiləri iOS-u yenilədikdən sonra internetin yavaşlığından narazıdırlar. 

Bir çox şikayətlər “Wi-Fi” vasitəsilə internetə qoşulduqda smartfon brauzerinin veb məzmunu gecikmə ilə açılır. 

Mütəxəssislərin fikrincə, problem yalnız yeni “Apple” smartfonlarına aid deyil, iOS 17 quraşdırılmış istənilən cihaza aiddir. Həmçinin bəzi istifadəçilər “Apple” kompüterləri üçün yeni ƏS olan macOS 14 Sonoma ilə də oxşar çətinliklərlə üzləşdiklərini bildiriblər.

Problemin həlli üçün müvəqqəti tədbir kimi mütəxəssislər “Wi-Fi”ı söndürüb yenidən yandırmağı təklif ediblər. İstifadəçilərin “Private Relay” funksiyasını da söndürmək məsləhət görülür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362
avatar

Sevinc Fərid

Oxşar yazılar