“Instagram”da daha bir YENİLİK  : Şəkillərinizi, videolarınızı..
20 noyabr 2021 11:33 (UTC +04:00)

“Instagram”da daha bir YENİLİK : Şəkillərinizi, videolarınızı..

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan “Instagram” yeni funksiyalarını təqdim edib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, platforma istifadəçilərinə şəkillərini asanlıqla redaktə etmək üçün özəllik gətirib.

Belə ki, 2017-ci ildən istifadəçilər “Instagram”da 10-a yaxın şəkil və ya videolarını albom şəklində paylaşa bilirdilər. Platforma indi bu funksiyaya daha bir yenilik gətirir və istifadəçilərə əlavə etdikləri bu albomdan şəkil və ya videonu silmək imkanı verir.

Bundan əlavə, istifadəçilər tətbiqlə bağlı problem yarandıqda “Instagram”a asanlıqla məlumat verə biləcəklər. Proqram düzgün işləmədikdə “Rage Shake” adlı funksiyadan istifadə edərək bu vəziyyəti bildirə biləcəklər.

Qeyd edək ki, hazırda bu funksiyalar IOS əməliyyat sistemli cihazlarda mövcuddur, lakin tezliklə Android üçün də əlçatan olacaq.

# 3825
avatar

Sevinc Fərid

Oxşar yazılar