“Instagram” və “Facebook” istifadəçiləri şəxsi hesablarından istifadə etməkdə çətinlik çəkirlər.
Lent.az-ın xəbərinə görə, “Downdetector” saytının göstəriciləri də şəbəkələrin işində çoxsaylı nasazlıqların olduğunu göstərir.
Problemlə ilk növbədə ABŞ, Fransa, Almaniya, Polşa, Kanada və Rusiyadan olan istifadəçilər qarşılaşıblar.
“Instagram”dakı problemlər başlıca olaraq tətbiqin işləməsi və serverlə əlaqə ilə bağlıdır. “Facebook”da isə istifadəçilərin şəxsi məlumatlarına girişi çətinləşib.