İnfarktın və insultun yaxınlaşmasını XƏBƏR EDƏN CİHAZ
18 fevral 2021 19:29 (UTC +04:00)

İnfarktın və insultun yaxınlaşmasını XƏBƏR EDƏN CİHAZ

Almaniyada Hamburq Universitetinin alimlər qrupu qan dövranı sisteminin fəaliyyətində pozuntuları dərhal kontaktsız aşkarlamağa, yaxınlaşan infarkt və ya insult haqqında vaxtında xəbərdar etməyə imkan verən portativ radar-qurğu hazırlayıb.

Lent.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir kiçik portativ qurğu mürəkkəb sensor sistemidir.

İnsanın sağlamlıq vəziyyətinin kontaktsız monitorinqi zamanı kiçik sensorlar tərəfindən süni intellekt sayəsində orqanizmin həyati əhəmiyyətli funksiyalarının göstəriciləri qeydə alınır.

Sensorlar infarkt və ya insult təhlükəsi qeydə aldıqda həyəcan siqnalı verilir. Bu xəbərdarlığı alan xəstə vaxt itirmədən təcili tibbi yardıma zəng etmək imkanı qazanır.

Tərtibatçıların sözlərinə görə, radardan istifadə zamanı hərəkətsiz halda uzanmağa ehtiyac yoxdur. Belə ki, istifadəçi hərəkət edə və bədənin vəziyyətini dəyişə bilər – bu, müayinə üçün maneə yaratmayacaq.

Qurğu təkcə xəstəxanalarda deyil, qocalar evində və ya evdə istifadə oluna bilər. Alimlər cihazı yanğınsöndürmə siqnalizasiya sensorları kimi tavana quraşdıraraq eyni anda bir deyil, bir neçə insanın sağlamlıq vəziyyətinin monitorinqini aparmaq niyyətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Oxşar yazılar