İlon Mask "Tesla"nın səhmlərini satır
08 noyabr 2021 15:51 (UTC +04:00)

İlon Mask "Tesla"nın səhmlərini satır

Dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi “Twitter” hesabında maraqlı sorğu keçirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mask 63 milyon izləyicisinə “Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?”, - sual ünvanlayıb.

Sorğuda 3,5 milyondan çox “Twitter” istifadəçisi iştirak edib. Səslərin 57.9 faizi Maskın səhmlərini satması üçün istifadə olunub. “Tesla”nın 10 faizlik payı təxminən 21 milyard dollar dəyərindədir.

İlon Mask hər iki nəticəyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu yaxınlarda BMT rəsmisi bildirib ki, İlon Maskın gəlirinin yalnız 2 faizi dünyada aclığın həllinə kömək edə bilər. Mask da bu iddianın təsdiqləndiyi təqdirdə “Tesla”dakı səhmlərini satacağını açıqlamışdı.

# 4068
avatar

Sevinc Fərid

Oxşar yazılar