İlon Mask BEYİN İMPLANTINI  insanlar   üzərində test edəcək
27 yanvar 2022 18:51 (UTC +04:00)

İlon Mask BEYİN İMPLANTINI insanlar üzərində test edəcək

İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti yeni texnologiyanın insanlar üzərində testlərinə hazırlaşır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan beyin implantı əvvəlcə iflic kimi nevroloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. 

Qeyd edək ki, kliniki testlərdə iştirak edəcək ilk şəxslərlə həkimlər, aparıcı mühəndislər sıx əməkdaşlıq edəcək. 

Prosesin baş tutması üçün şirkət məsələ ilə bağlı ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazə alınmalıdır. Sonra həmin orqanlar bu və ya digər tibbi cihazın insanlar üzərində testlərdə istifadəsinin mümkünlüyünü qiymətləndirirlər. Daha sonrakı mərhələdə isə artıq tibbi cihazın insanlar üzərində testlərinə icazə verilir.

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl şirkətin öz beyin implantını 2022-ci ildə insan beyninə inteqrasiya edəcəyini demişdi. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Sevinc Fərid

Oxşar yazılar