İlk qatlana bilən planşet 2024-cü ildə satışa çıxarılacaq.
Lent.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Ming-Chi Ko öz “Twitter” səhifəsində məlumat verib.
Mütəxəssisin sözlərinə görə, Amerika şirkəti “Apple” qatlanan “iPad”i 2024-cü ildə təqdim edəcək.
Məlumata görə, planşetlər kütləvi şəkildə istehsal olunacaq. Yeni cihazın digər “iPad” modelləri ilə müqayisədə daha yüngül və davamlı olacağı gözlənilir.
Qeyd edək ki, ötən ilin oktyabrında “CCS Insight”ın analitiki Ben Vud “Apple” qatlana bilən “iPhone”dan əvvəl qatlanan “iPad”i buraxmaq niyyətində olduğunu demişdi. Şirkət qatlana bilən telefon istehsal etməyə çox da tələsmir.