“Huawei”dən gözlənilməz qərar – “Windows”dan imtina edir
27 sentyabr 2024 07:34 (UTC +04:00)

“Huawei”dən gözlənilməz qərar – “Windows”dan imtina edir

“Huawei” öz kompüterlərində “Windows”dan imtina edərək inkişaf etmiş performans və təhlükəsizlik vəd edən “HarmonyOS Next” əməliyyat sistemindən istifadə edəcək.

Lent.az xəbər verir ki, Çinin texnologiya nəhəngi “Huawei” öz kompüterlərində köklü dəyişiklik edir.

Şirkət uzun illərdir istifadə etdiyi “Microsoft”un “Windows” əməliyyat sistemindən imtina edərək özünün “HarmonyOS Next” əməliyyat sisteminə keçmək qərarına gəlib.

Məlumata görə şirkətin hazırkı “Windows” əməliyyat sistemli kompüterləri öz növünün sonuncusu olacaq.

Tamamilə “Huawei” tərəfindən hazırlanmış “HarmonyOS Next”, tamamilə yeni bir nüvəyə malikdir.

Əvvəlki versiyadan fərqli olaraq, “HarmonyOS Next” Android proqramlarını dəstəkləməyəcək.

“Huawei” Çinin illik fərdi kompüter bazarının yalnız 10 faizini təşkil edir ki, bu da təxminən 40 milyon ədəddir. Çin kompüter bazarında hazırda 38 faiz payla Lenovo şirkəti üstünlük təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar