Hansı avtomobil sahibi yanacağa daha çox pul xərcləyir? - FOTO
27 noyabr 2021 19:14 (UTC +04:00)

Hansı avtomobil sahibi yanacağa daha çox pul xərcləyir? - FOTO

Yanacaq sərfiyyatı hər hansı bir avtomobilin vacib xüsusiyyətidir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, təbii ki, çoxlu yanacaq “yeyən” avtomobil daha qənaətcil avtomobillərlə müqayisədə ciddi üstünlüklərə malik ola bilər.

Ancaq avtomobil həvəskarları hələ də çox benzin və ya dizel sərf etməyən avtomobilləri almağa üstünlük verirlər.

Xarici internet mənbələrinə görə, ekspertlər sahibləri yanacağa külli miqdarda pul xərcləməli olan üç avtomobilin adını çəkiblər.

“Bugatti Chiron Pur Sport” hiperkarı antireytinqin lideri olub.

Hər yüz kilometrə avtomobil 18 litrdən çox yanacaq “yeyir”. Şəhər şəraitində bu rəqəm 30-a yaxındır.

İkinci yeri əfsanəvi “Mercedes-Benz G-Wagen” avtomobili tutub. Orta hesabla ona 17,8 litr yanacaq lazım ola bilər.

Lider üçlükdə şəhərdən kənarda 100 kilometrə 16,8 litr göstərici ilə “Ram 1500 TRX” pikapıdır.

Yaşayış məntəqələri ərazisində avtomobilə hər yüz kilometrə 23,5 litr yanacaq lazımdır.
 

# 6030
avatar

Oxşar yazılar