Günəş enerjisi ilə işləyən avtomobil istehsal edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Zem” adlı maşın təkcə bu xüsusiyəti ilə fərqlənmir. Belə ki, bu avtomobil həm də “birbaşa hava tutma” adı verilən texnologiyadan istifadə edərək havadakı karbon qazını aradan qaldırır.
Hərəkət zamanı hava maşının xüsusi filtrlərindən keçir, karbon dioksid tutularaq saxlanılır. Avtomobilin əksər hissələri təkrar istifadə və emal edilə bilən materialda hazırlanıb. Bu da digər maşınlarla müqayisədə daha az ekoloji təsirinin olacağını göstərir. Gövdə panelləri tamamilə 3D çap edilə bilən şəkildə dizayn edilib.
Qeyd edək ki, bu avtomobilin istehsalı əsasən iqlim dəyişikliyi ilə mübarizə üçün istehsal olunub. Gələcəkdə istehsalının çoxalacağı istisna edilmir.