Google Android 12L adlı əməliyyat sistemini təqdim etdi
28 oktyabr 2021 09:44 (UTC +04:00)

Google Android 12L adlı əməliyyat sistemini təqdim etdi

 Smartfon istehsalçıları öz cihazları üçün Android 12-ni optimizasiya etdikləri bir vaxtda Google şirkəti heç gözlənilmədən Android 12L adlı yeni versiyanı təqdim edib.

Lent.az technote-ə istinadən bildirir ki, Google özü əslində bunu yeni versiya kimi deyil, Android 12-ni böyük ekranlı cihazlar üçün daha yaxşı edən xüsusi funksiya kimi qələmə verir. Başqa sözlə desək, Android 12L planşetlər, qatlana bilən smartfonlar və ChromeOS vasitəsilə çalışan noutbuklar üçün nəzərdə tutulub. Yəni əsas diqqət böyük ekranlı cihazlara ayırılıb. Android 12L adi smartfonlar üçün də keçərlidir. Lakin istifadəçi adi smartfonda Android 12 ilə Android 12L arasında heç bir fərq hiss etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9750
avatar

Oxşar yazılar