"Google" 5 illik tətbiqini  bağlayır
28 sentyabr 2023 19:19 (UTC +04:00)

"Google" 5 illik tətbiqini bağlayır

Amerikanın texnologiya nəhəngi “Google” 2018-ci ildə buraxılan “Google Podcast” tətbiqini bağlayacağını açıqlayıb.

Lent.az xəbər verir ki, “Google” istifadəçilərini “YouTube Music”ə köçürməyi planlaşdırır.

Məlumata görə, “Google podcast” dinləmə təcrübəsini daha mərkəzləşdirilmiş etmək üçün tətbiqi bağlamaq qərarına gəlib. 

Bu dəyişiklik “Google”un podcast məzmununu “YouTube Music”ə inteqrasiya etmək planının bir hissəsidir. “Google Podcast” ilk dəfə 2018-ci ildə Android istifadəçiləri üçün əlçatan olub və daha sonra 2020-ci ildə veb və iOS platformalarına genişləndirilib.

“Podkast” dinləmə təcrübəsini “YouTube Music”ə köçürməklə, “Google” daha geniş istifadəçi bazasına podkast məzmunu təklif etməyi hədəfləyir. Amerikada “YouTube Music” istifadəçiləri pulsuz üzvlüklə podkastları dinləyə və baxa bilərlər. Bu platformada podkastları fonda oxutmaq, oflayn endirmək və ağıllı dinamiklərə yayımlamaq olar.

“Google” öz açıqlamasında podcast dinləyicilərinin 23 faizinin “YouTube”dan podkast dinləmə platforması kimi istifadə etdiyini, “Google Podcast”a üstünlük verənlərin isə yalnız 4 faizinin olduğunu bildirib.

“Google”, bu dəyişikliyin “Google Podcast” istifadəçiləri üçün problemsiz keçidlə baş verəcəyini vurğulayıb.

# 4791
avatar

Sevinc Fərid

Oxşar yazılar