Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 3 faiz artıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, dekabrın 1-i tarixinə ölkə üzrə 5 230 100 nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 50,9%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilər, 35,3%-i isə qadınlardır.
Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973 700 nəfər) ibarət olub.
Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626 300 nəfərlə liderlik edir.