“Facebook” Fransanın bir çox media orqanının hazırladığı və istifadəçilər tərəfindən paylaşılan xəbərə qonarar ödəyəcək.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, artıq “Facebook”la ölkənin “General Information Press Alliance” arasında müqavilə imzalanıb.
Bundan əlavə, Fransa KİV-ləri 2022-ci ilin yanvarında qüvvəyə minəcək qərara əsasən, “Facebook News” tətbiqinə çıxış əldə edəcək.