Ən çox istifadə edilən  SOSİAL ŞƏBƏKƏ   hansıdır?
27 noyabr 2021 09:10 (UTC +04:00)

Ən çox istifadə edilən SOSİAL ŞƏBƏKƏ hansıdır?

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsidir. Demək olar ki, boş vaxtımızı onlarsız təsəvvür edə bilmirik. Son illərdə hətta bir çox işlərdə bu platformalar əsas vasitəyə çevrilib. Bəs, ən çox izləyicisi olan sosial şəbəkələr hansılardır? 

Lent.az xarici mətbuata istinadən hazırda dünyada ən çox istifadə olunan sosial şəbəkələri təqdim edir. 

Məlumata görə, 2.7 milyard izləyicisi olan “Facebook” dünyanın ən böyük sosial şəbəkəsi seçilib. 

“Facebook”dan sonra ikinci yerdə 2.2 milyardla “YouTube”, 2 milyardla üçüncü “Whatsapp”, 1.3 milyardla  dördüncü “Facebook Messenger”, 1.2 milyard izləyici ilə beşinci yerdə isə “Instagram” olub. 

1 milyard izləyici ilə “Wechat” və 617 milyonla “QQ” də ən çox istifadə olunan sosial şəbəkələrdəndir. 

Xəbər əldə etmək üçü geniş istifadə edilən “Twitter”in istifadəçi sayı isə 353 milyon olaraq açıqlanıb. 
 

# 5031
avatar

Sevinc Fərid

Oxşar yazılar