Yeni məlumatlar əldə etmək istəyən insan vaxtını daha çox sosial media, internet və maraqlı saytlarda keçirir.
Lent.az bütün sahələr üzrə dünyanın maraqlı saytlarını təqdim edir:
SuperCook - Mətbəxinizdə olan məhsullarla hazırlaya biləcəyiniz yeməklərin reseptini verir.

Coffitivity - Özünü yalnız hiss edənlər üçün maraqlı bir saytdır. Burada sakitlikdən darıxan insanlara müxtəlif ortamların səsi təqdim edilir.

WhatSong - Sevərək izlədiyiniz film və seriallardakı musiqiləri tapmağa yardım edir.

HomeStyler - Evinizi yenidən dizayn etməkdə sizin ən böyük yardımçınız olacaq.

Ninite - İnternetdə istədiyiniz proqramları ayrı-ayrılıqda yükləmək üçün istifadə edilə bilər.

Duolingo- Ödənişsiz xarici dili öyrənmək istəyən insanlar üçün faydalı internet saytıdır.

Thripy - Dünyanın fərqli şəhərlərinin video görüntüsünü ən keyfiyyətli şəkildə təqdim edir.
keepmeout - Zamanınızı alan internet saytlarında vaxtınıza nəzarət edəcək.

Everest Rescue - Bu saytın vaistəsilə 3D görüntü ilə Everest zirvəsinə çıxa bilərsiniz.

Colorize Photos - Ağ-qara fotoları rəngləmək üçün istifadə oluna bilən internet məkanı.

Kitapmetre - Almaq istəyəcəyiniz bütün kitabları ən ucuz qiymətə bu saytdan əldə edə bilərsiniz.

World Time - 30 ildə dünyanın necə dəyişdiyini izləmək istəyənlər üçün maraqlı saytdır.
