Dünya üzrə dəyərinə görə ən çox satılan brendlərin siyahısı müəyyənləşib.
Lent.az xəbər verir ki, bu siyahını "Webtekno" saytı məlumat paylaşıb.
Belə ki, siyahının zirvəsində "Apple" şirkəti qərarlaşıb. İkinci "Microsoft", üçüncü "Amazon", dördüncü "Google", beşinci "Samsung", altıncı "Toyota", yeddinci "Coca-Cola", səkkizinci "Mercedes-Benz", doqquzuncu "Disney", sonuncu yerdə isə "Nike" şirkəti seçilib.
Qeyd edək ki, siyahıda "KFC" və "MC Donald`s" şirkətlərinin olmaması müzakirələrə səbəb olub.