Dünyada smartfon istehsalı minimuma düşdü
05 sentyabr 2023 16:43 (UTC +04:00)

Dünyada smartfon istehsalı minimuma düşdü

2023-cü ilin birinci yarısında ümumi smartfon istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 13,3% azalaraq 522 milyon ədəd təşkil edib. Məlumat TrendForce analitik şirkətinin yeni hesabatında verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qeyd edilən 522 milyon smartfondan 272 milyonu 2023-cü ilin ikinci rübündə buraxılıb. Bu göstərici əvvəlki trimestrdən 6,6% zəifdir. Eyni zamanda, birinci rübün özü illik müqayisədə demək olar ki, 20% aşağı nəticə göstərib. TrendForce həm ilin birinci yarısını, həm də 2023-cü ilin ikinci rübünü smartfon sənayesi tarixində son 10 ildə ən pis adlandırıb.

Analitiklər smartfon bazarının azalmasının üç əsas səbəbini müəyyən ediblər. Birincisi, Çindəki istehsal mərkəzlərində pandemiya məhdudiyyətlərinin yumşaldılmasından sonra tələbatın azalmasıdır. İkincisi, bir çox satıcının güvəndiyi Hindistandan tələbin zəif inkişafıdır. 

Üçüncüsü, çətin qlobal iqtisadi vəziyyətdən o qədər də fərqlənməyən satıcı fabriklərində istehsal olunan cihazların böyük ehtiyatlarıdır.

Samsung, Apple və Xiaomi ikinci rübdə sənaye liderləri olaraq qalırlar. Onların payları bazarın müvafiq olaraq 19,8%-ni, 15,4%-ni və 12,9%-ni təşkil edib. Sonrakı yerləri Oppo (12,3%), Transsion (9,2%) və Vivo (8,5%) tutub.

# 3072
avatar

Oxşar yazılar