Dələduzlar reklam kampaniyası vasitəsilə 500 min dollarlıq kriptovalyuta oğurladı
06 noyabr 2021 18:34 (UTC +04:00)

Dələduzlar reklam kampaniyası vasitəsilə 500 min dollarlıq kriptovalyuta oğurladı

Keçən həftənin sonunda dələduzlardan ibarət bilinməyən qrup istifadəçilərdən 500.000$ dəyərində kriptovalyuta oğurlayıb. 

Lent.az "technote"a istinadən xəbər verir ki, "Check Point Research" şirkətinin sözlərinə əsasən dələduzlar "Google Ads" reklam kampaniyasını işə salıblar və həmin reklam elanları istifadəçiləri məşhur "Phantom App" və MetaMask kriptovalyuta portmanatlarının əsl saytlarını kopyalamış saxta saytlara yönləndiriblər. Saxta saytların xarici görünüşcə əsl saytlara bənzəmələrindən əlavə olaraq saxta versiyaların URL ünvanları da oxşar olublar. Məsələn phantom.app ünvanlı sayt üçün phantonn.app ünvanlı saxta sayt yaradılıb.

İstifadəçi bu cür saxta sayta daxil olandan sonra öz istifadəçi hesabına keçid etməyə çalışır. Dələduzlar isə bu anda istifadəçi hesabının məlumatlarını oğurlayırlar. İstifadəçi yeni kriptovalyuta portmanatı yaratmaq istədikdə ona kriptovalyuta portmanatının bərpası üçün nəzərdə tutulmuş gizli söz təqdim edilir. Həmin gizli sözü saxta saytda qeyd etməklə istifadəçi dələduzun istifadəçi hesabına giriş etmiş olur. Nəticədə həmin istifadəçi hesabının portmanatına göndərilmiş istənilən vəsait dələduzun əlinə keçir.

"Phantom" ilə "MetaMask Solana" və "Ethereum" kriptovalyutaları üçün nəzərdə tutulmuş ən məşhur portmanatlar sırasındadırlar. Reddit forumu sayəsində təyin etmək olub ki, keçən həftənin sonunda dələduzlar "Google Ads" reklam kampaniyası sayəsində 500.000$ vəsait oğurlayıblar. Mütəxəssislər belə bir qənaətə gəliblər ki, dələduzlar artıq Google-dakı axtarış reklamlarına üstünlük verirlər və bu üsul özünü effektiv şəkildə göstərir. Bu məsələdə dələduzlar tərəfindən aldadılmamaq üçün istifadəçilər öz portmanat resurslarının ünvanlarını doğru şəkildə bilməlidirlər.

# 4749
avatar

Oxşar yazılar