OPPO Find N3 Flip-in qlobal versiyasının ilk tizer fotosu təqdim edilib.
Lent.az xəbər verir ki, OPPO şirkəti özünün qatlana bilən qapaqlı smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatına hazırlaşır.
Qeyd etmək lazımdır ki, sözügedən smartfon avqust ayının sonunda Çində təqdim olunmuşdu. İndi isə OPPO-nun Hindistan üzrə şöbəsi smartfonun qlobal versiyasının ilk tizer fotosunu təqdim edib. Tizer fotoda smartfonun təqdimat tarixi əks olunmayıb. Lakin son məlumat sızıntılarına əsasən OPPO Find N3 Flip-in qlobal versiyası bu ayın ortasında təqdim ediləcək.