Bu video 24 saat ərzində 475 milyon dəfə izləndi - VİDEO
09 may 2025 23:29 (UTC +04:00)

Bu video 24 saat ərzində 475 milyon dəfə izləndi - VİDEO

“Rockstar Games”in maraqla gözlənilən oyunu GTA 6-nın ikinci treyleri yayımlandığı ilk gündə bütün zamanların ən çox baxılan oyun treyleri kimi tarixə düşüb.

Lent.az xəbər verir ki, GTA 6-nın yeni treyleri yayımlandığı ilk 24 saat ərzində bütün platformalar üzrə 475 milyon baxış sayına çataraq inanılmaz rekord qırıb.

Bu rəqəm ilk gündə bir videoya ən çox baxış sayı kimi qeydə alınıb.

Təkcə “YouTube”da 69 milyon dəfə izlənilən treyler, “X” və “Instagram” kimi digər sosial media platformalarında baxış sayı ilə bu böyük rəqəmə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar