İsveçin “Volvo” şirkəti ABŞ-dan 200 min avtmobilini geri çağırır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2001-2007-ci illərdə istehsal olunmuş bu maşınların təhlükəsizlik balışlarında ciddi problemlər ortaya çıxıbmış.
Məlumata görə, geri çağırılan “Volvo” V70 və XC70 modelləridir. Araşdırma zamanı məlum olub ki, təhlükəsizlik balışlarında yaranmış problem zamanı bir neçə nəfər həyatını itiribmiş.