Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə “TikTok” sosial şəbəkəsini bloklayıb.
Lent.az xəbər verir ki, bu barədə “Kabar” agentliyi məlumat yayıb.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı nazirliyə daha tez-tez müraciətlər daxil olub.
Qeyd olunur ki, “TikTok” istifadəçini qısa kliplərin virtual aləminə qərq edir, yeniyetmələr onlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.
Bundan əlavə, bildirilib ki, “TikTok” gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.