Bill Qeyts işçilərinə nə qədər  maaş   verir? – ŞOK RƏQƏMLƏR
16 dekabr 2021 16:54 (UTC +04:00)

Bill Qeyts işçilərinə nə qədər maaş verir? – ŞOK RƏQƏMLƏR

Dünya şöhrətli iş adamı Bill Qeytsin qurucusu olduğu “Microsoft” şirkətinin işçilərinə verilən illik maaşların miqdarı ortaya çıxıb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu şirkətdə proqramçılar ildə orta hesabla 185 min dollar qazanırlar. Ən çox qazanan mühəndislər isə illik 500 min dollara qədər əmək haqqı alırlar. 

Bununla yanaşı, başlanğıc səviyyədə olan proqramçılar 132 min 900, orta səviyyədə olanlar 217 min dollar gəlir əldə edirlər. 

“Microsoft”un aparıcı rəhbərləri isə 250 min dollar illik məvacib alırlar. 

Qeyd edək ki, bu məlumatları şirkətin qadın işçiləri yayıb. Onlar kişilərdən daha az maaş aldıqlarını iddia ediblər. Qadınlar vəzifə yüksəlişlərində üzləşdikləri gender bərabərsizliyinə diqqət çəkmək üçün şirkətin maaş cədvəlini internetə sızdırıb.
 

# 5814
avatar

Sevinc Fərid

Oxşar yazılar