Beynəlxalq Kosmik Stansiyanın heyəti yenilənəcək 
06 noyabr 2021 06:37 (UTC +04:00)

Beynəlxalq Kosmik Stansiyanın heyəti yenilənəcək 

Beynəlxalq Kosmik Stansiyanın (BKS) heyətində dəyişiklik baş verəcək.

Lent.az-ın xəbərinə görə, 4 astronavt stansiyanı bazar günü tərk edəcək. 

Onların bazar ertəsi günü ABŞ-ın Kaliforniya ştatında Yerə enməsi planlaşdırılır. Kosmik gəminin saat 12.14-də planetimizə çatacağı gözlənilir. 

Bu dəfə stansiyanın tərkibinin yenilənməsi başqa formada həyata keçiriləcək. Meqan Makartur, Şan Kimbrouq (ABŞ), Akihiko Hoşide (Yaponiya) və Tomas Peske (Fransa) Yerə qayıtdıqdan sonra 4 astronavt stansiyaya gedəcək. Səbəb Crew-3 gəmisinin startının əlverişsiz havaya görə 3 dəfə təxirə salınmasıdır. 

# 2058
avatar

Oxşar yazılar