ABŞ mütəxəssisləri insan bədəninin hərarəti ilə işləyən şarj qurğusu hazırlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kiçik ölçülüyü ilə seçilən enerjidoldurma qurğusunun təqdimatı keçirilib.
Miniatür termoelektrik generatoru tamamilə yenidən emal edilə bilir. Onun özəl xüsusiyyəti elastikliyi və elektrik şəbəkəsindən enerji tələb etməməsidir.
Qurğunun gücü qolumuza taxtığımız saat və ya fitnes-bilərziyini enerji ilə doldurmağa imkan verir.
Sürətli gəzinti vaxtı cihaz, təxminən 5 volt elektrik enerjisi hasil edir.
Qurğu iki variantda təklif edilib: üzük və bilərzik şəklində.