Artıq bütün növ plastik materiallar emal ediləcək – Bu üsulla
17 oktyabr 2022 09:24 (UTC +04:00)

Artıq bütün növ plastik materiallar emal ediləcək – Bu üsulla

Plastik materialların molekulları bir-biriləri ilə karbon rabitələr vasitəsilə birləşirlər. Buna görə də plastik materiallar bərk və bir o qədər də elastik olurlar. Lakin buna baxmayaraq onlar çox uzun müddət ərzində parçalanırlar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bununla yanaşı plastik materialları emal etmək də çətin məsələdir. Plastik materialların bəzi növləri çeşidləməni və individual emal üsulunu tələb edirlər. Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həll edilməsinə yaxınlaşıblar. Belə ki, onlar qarışıq plastik materialların universal emal üsulunu təqdim ediblər. Onların təqdim etmiş olduqları universal emal üsulu nəticəsində propan qazı əldə edilir. Alimlər bütün növ plastik materialların kimyəvi parçalanma katalizatorunu yaradıblar.

Yaradılmış katalizatorun plastik material ilə qarşılıqlı əlaqəsi nəticəsində isə propan əldə edilir. Yeni katalizator kobaltın nanohissəciklərini (seolit) özündə birləşdirən məsaməli materialdan hazırlanıb. Plastik mikrohissəciklərin seolit məsamələrinə daxil olduqları zaman polimer zəncirləri test edilmiş bütün polietilen və polipropilen növlərində eyni nöqtədə parçalanırlar. Nəticədə plastik material propana çevrilir. Bu isə o deməkdir ki, yeni katalizatorun istifadəsi halında müxtəlif növ plastik materialların çeşidlənməsinə külli miqdarda vəsait və zaman xərcləməyə ehtiyac qalmır. Sadəcə olaraq katalizator ilə plastik tullantılar arasındakı qarşılıqlı əlaqə prosesini işə salmaq lazımdır.

Bu prosesin real istehsalata kimi genişləndirilməsi öz növbəsində milyonlarla dollar vəsaitin qənaət edilməsinə və plastik materialların emalı üzrə yeni müəssisələrin istifadəyə verilməsinə səbəb ola bilər. Yeni katalizatorun testi çərçivəsində plastik materiallardan yalnız 28% tullantı qalıb. Yerdə qalan plastik material isə propana çevrilib. Əgər alimlər növbəti tədqiqatları çərçivəsində bu texnologiyanı inkişaf etdirsələr və istehsalat prosesi üçün hazır həll üsulunu təklif etsələr, insanlar emal edilməyən plastik materiallar probleminin həllinə bir addım da yaxınlaşacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3675
avatar

Oxşar yazılar