"Apple"in bu məhsulu aşağı qiymətə satılacaq
06 sentyabr 2023 10:51 (UTC +04:00)

"Apple"in bu məhsulu aşağı qiymətə satılacaq

 İnternetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti aşağı qiymət seqmentinfə satılacaq yeni MacBook seriyasını satışa çıxartmağı planlaşdırır.

Lent.az xarici KİV-ə istinadın xıbır verir ki, məlumatda qeyd edilib ki, şirkətin aşağı qiymətə satılacaq MacBook seriyası ChromeOS əməliyyat sistemi vasitəsilə çalışan Chromebook-larla rəqabət aparacaq. Çox güman ki, aşağı qiymətə sahib yeni MacBook seriyası əsasən təhsil sahəsi üçün nəzərdə tutulacaq. Məlumata əsasən Apple bu cür MacBook seriyasını 2024-cü ilin ikinci yarısında təqdim edəcək. Çox güman ki, sözügedən yeni MacBook-lar MacBook Air və MacBook Pro seriyalarından ayrıca satılacaqlar. Aşağı qiymətə satılacaq MacBook-ların özlərində metal gövdəni qoruyub saxlayacaqları gözlənilir.

# 2790
avatar

Oxşar yazılar